Yanvar Ayının Ən Parlaq Astronomik Hadisəsi: Mars 900 Dəfə Parlaq Görünəcək
16 yanvarda Mars Yerlə günəşin əks istiqamətlərində yerləşəcəyi xüsusi mövqedə, qarşıdurma vəziyyətində olacaq. Bu mövqedə Mars tam işıqlanır və Yerə ən yaxın məsafələrdən birində olur.

Bakı Dövlət Universitetinin astrofizika kafedrasının məlumatına görə, Mars bu mövqedə gecə boyu müşahidə edilə bilər. Teleskopla və adi gözlə görmək üçün ən ideal şərait yaranır. Xüsusilə planetin parlaq və böyük görünməsi onun səth xüsusiyyətlərini öyrənmək üçün astronomlara imkan yaradır.

12 yanvarda saat 23:00-da Mars Yerdən 96.079 milyon km məsafədə olacaq. Marsın bu mövqedə ən yüksək parlaqlığı -1.4m ulduz ölçüsünə çatacaq və bu, onu adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq edəcək.

Mars Bakıda 18:30-dan 07:41-ə qədər görünəcək. Marsın ən böyük qarşıdurması təxminən hər 15-17 ildən bir baş verir. Bu hadisə zamanı Mars və Yer ən yaxın məsafədə olur, məsafə təxminən 55 milyon km-ə qədər azalır.

Son illərdə bir neçə mühüm qarşıdurma baş verib:

- 27 avqust 2003-cü il: Mars Yerdən 55.7 milyon km məsafədə idi. Bu, son 60 000 ildə ən yaxın qarşıdurma idi.

- 27 iyul 2018-ci il: Mars bu vaxt Yerdən 57.6 milyon km məsafədə idi.

Növbəti böyük qarşıdurma 15 sentyabr 2035-ci ildə gözlənilir. O zaman Mars Yerdən 56 milyon km məsafədə olacaq və gecə səmasının ən parlaq obyektlərindən biri kimi görünəcək. https://daylinews-az.com/?p=3566

Comments

Popular posts from this blog