ABŞ-ın Spirit Airlines aviaşirkəti sərnişinlər üçün yeni sərt qaydalar tətbiq edərək "uyğunsuz geyim" səbəbindən uçuşdan kənarlaşdırılma siyasətini qüvvəyə mindirib.

Daily Mail-in (DM) məlumatına görə, şirkət sərnişinlərin geyim tərzi ilə bağlı qaydaları daha da sərtləşdirib. Yeni qaydalara əsasən, şəffaf, bədən hissələrini açıq göstərən geyimlər, intim yerləri nümayiş etdirən, eləcə də təhqiredici yazıları olan paltarlar qəbul edilməyəcək. Bundan əlavə, Spirit Airlines-ın təyyarələrində tatuajlar da qadağan olunub.

Bu dəyişikliklərə səbəb kimi son hadisələrdən biri göstərilib: aviaşirkətin bir sərnişini geydiyi sweatshirtdəki yazıya görə uçuşdan kənarlaşdırılıb. Bort xidmətçiləri həmin yazını təhqiredici hesab edərək sərnişini təyyarədən çıxarıblar. https://daylinews-az.com/abs-in-iri-aviasirketi-spirit-airlines-sernisinleri-uygunsuz-geyim-sebebile-ucusdan-kenarlasdiracaq/

Comments

Popular posts from this blog