ABŞ rəsmiləri Vaşinqton üzərində baş verən təyyarə qəzasında heç kimin sağ qalmadığını təsdiqləyib.

Daylinews-az xəbər verir ki, hadisə zamanı 64 nəfər sərnişin daşıyan mülki təyyarə hərbi Black Hawk vertolyotu ilə toqquşub. Vertolyotun təlim uçuşu həyata keçirdiyi bildirilir.

Fövqəladə hallar xidməti hadisə yerində artıq 30-dan çox cəsədin aşkar edildiyini, Potomak çayından isə 18 nəfərin qalıqlarının çıxarıldığını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp baş verənlərə sərt reaksiya verərək, hər iki hava vasitəsinin əvvəlcədən planlaşdırılmış marşrutla hərəkət etdiyini vurğulayıb və qəzanın təhlükəsizlik tədbirləri görülsəydi, qarşısı alına biləcəyini qeyd edib. https://daylinews-az.com/vasinqton-semasinda-toqqusma-hec-kim-sag-qalmadi/

Comments

Popular posts from this blog