İlham Əliyev Donald Trampı Təbrik Edib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın 47-ci Prezidenti seçilmiş Donald Trampa təbrik məktubu ünvanlayıb. Məktubda aşağıdakı ifadələr yer alır:

"Hörmətli cənab Prezident,Sizi ABŞ-ın 47-ci Prezidenti kimi fəaliyyətə başlamanız münasibətilə ürəkdən təbrik edir, dost Amerika xalqının rifahı naminə bu məsul vəzifədə Sizə uğurlar arzulayıram. Əminəm ki, gələcək fəaliyyətiniz qlobal sülhün təşviqinə və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfələr verəcəkdir."

Əməkdaşlıq və Gələcək Planlar

Prezident Əliyev məktubunda iki ölkə arasında güclü əməkdaşlıqdan bəhs edib:

"Azərbaycan və ABŞ milli təhlükəsizlik maraqları çərçivəsində beynəlxalq terrorizm və digər qlobal təhdidlərə qarşı mübarizədə həmişə sıx əməkdaşlıq etmişdir. Energetika sahəsindəki əməkdaşlığımızı yüksək qiymətləndirirəm. Bu əməkdaşlıq ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyini təmin etmək üçün möhkəm təməl üzərində qurulub. Sizin daim ölkəmizin enerji siyasətinə göstərdiyiniz dəstəyi xüsusilə qeyd etmək istəyirəm."

Prezident Əliyev, həmçinin, ABŞ ilə ənənəvi və yeni sahələrdə əməkdaşlığı davam etdirməkdə qərarlı olduqlarını bildirib və iki ölkə arasındakı tərəfdaşlığın daha da güclənəcəyinə inamını ifadə edib.

"Yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə ABŞ arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə və yeni məzmun qazanacağına inanıram." https://daylinews-az.com/ilham-eliyev-donald-trampi-tebrik-edib/

Comments

Popular posts from this blog