Azərbaycana Heyvandarlıq Məhsullarının İdxalına Məhdudiyyətlər Tətbiq Edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi ölkələrdən heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.

Rəsmi məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) hesabatlarında Yunanıstanın Krit adasında xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Polşanın Kuyavsko-Pomorsk voyevodasında, Nigeriyanın Katsina ştatında və İngiltərənin Qərbi Midlend və Cənub-Şərqi bölgələrində yüksək patogenli quş qripi halları qeydə alınıb.

Azərbaycanın bu infeksion xəstəliklərdən qorunması məqsədilə OIE-nin Quru Heyvanlar Sağlamlığı Məcəlləsinə uyğun olaraq, bu bölgələrdən xırdabuynuzlu heyvanlar, heyvandarlıq məhsulları, quşlar və quşçuluq məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsinə bu istiqamətdə tədbirlər görmək üçün müraciət ünvanlanıb. https://daylinews-az.com/azerbaycana-heyvandarliq-mehsullarinin-idxalina-mehdudiyyetler-tetbiq-edilib/

Comments

Popular posts from this blog