

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindəki Ov məsələləri üzrə Koordinasiya Şurası növbəti iclasını keçirib.
Ov Mövsümü 22 Yanvar 2025-dən Başlayır
Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, iclasda ov mövsümünün 22 yanvar 2025-ci il tarixindən etibarən açılmasına dair qərar qəbul edilib.
Biomüxtəlifliyin mühafizəsi xidmətinin nümayəndəsi Arzu Babayevanın bildirdiyinə görə, ov etmək istəyən vətəndaşlar icazəli quşların ov müddətləri və qaydaları haqqında məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı eco.gov.az-ın "Elanlar" bölməsindən əldə edə bilərlər.
Ovçulara Çağırış
Nazirlikdən bildirilib ki, ovçular mövcud ov qaydalarına riayət etməli və yalnız ov təsərrüfatları üçün ayrılmış ərazilərdə fəaliyyət göstərməlidirlər:"Ov zamanı müəyyən edilmiş norma və qaydalara əməl etməyinizi, eyni zamanda yalnız icazəli ərazilərdə ov etməyinizi tövsiyə edirik." https://daylinews-az.com/azerbaycanda-ov-movsumu-aciq-elan-edildi/
Comments
Post a Comment