Bakının "Medilife" klinikasında baş verən faciə nəticəsində 21 yanvar tarixində 1988-ci il təvəllüdlü Ceyhun Süleymanov həyatını itirib.

Ceyhun Süleymanov həmin gün həzm sistemində yaranan problemlər səbəbilə Bağırov qəsəbəsində yerləşən "Stimul" klinikasına bağırsaq təmizləmə (hidrokolonoterapiya) proseduru üçün müraciət etmişdi. Lakin "Stimul" klinikasında anestezioloqun olmaması səbəbilə o, "Medilife" klinikasına yönləndirilib.

"Medilife" klinikasında müvafiq prosedur həkim Ləman Xasıyeva tərəfindən həyata keçirilib. Təəssüf ki, prosedurdan bir neçə saat sonra Ceyhun Süleymanov dünyasını dəyişib. Ailəyə ölüm səbəbi ilə bağlı dəqiq məlumat verilməyib, yalnız təzyiqin yüksəlməsi kimi ilkin ehtimallar bildirilib.

Həyatını itirən Ceyhun Süleymanov evli idi və iki azyaşlı övladı var idi.

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğu cinayət işi açıb və araşdırmalar davam etdirilir. https://daylinews-az.com/bakida-bagirsaq-temizleme-prosedurundan-sonra-sexs-heyatini-itirdi/

Comments

Popular posts from this blog