Bu gün, 29 yanvar 2025-ci il, Azərbaycanda mühüm siyasi hadisə - bələdiyyə seçkiləri keçirilir. Daylinews-Az xəbər verir ki, seçki məntəqələri səhər saat 08:00-da açılıb və saat 19:00-a qədər fəaliyyət göstərəcək.

Seçki prosesi və iştirakçılar

- Seçkilər ölkə üzrə 118 seçki dairəsində və 5 846 məntəqədə baş tutur.

- Vətəndaşlar 685 bələdiyyə üçün 8 071 üzv seçəcək.

- Ümumilikdə 5 milyon 961 min 987 seçici qeydiyyata alınıb.

Prezident İlham Əliyev səs verdi

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail seçki dairəsi №7 üzrə 1 saylı seçki məntəqəsində səs verib. O, orta məktəb binasında yerləşən məntəqəyə gələrək seçki bülleteni alıb, kabinəyə keçib və bülleteni seçki qutusuna atıb.

Qeyd edək ki, 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyatdan keçib və bu dairədə 31 namizəd bələdiyyə üzvlüyü uğrunda mübarizə aparır. https://daylinews-az.com/azerbaycanda-belediyye-seckileri-basladi/

Comments

Popular posts from this blog