Donald Tramp ABŞ Prezidentliyi Üçün And İçdi
Donald Tramp ABŞ-ın 47-ci Prezidenti kimi and içdi. Tədbir Vaşinqtondakı Kapitoliy binasının mərkəzi Rotunda zalında keçirildi. Yeni seçilmiş vitse-prezident Cey Di Vens də and mərasimində iştirak etdi.

And Mərasiminin Xüsusiyyətləri:

- Havanın soyuq olması səbəbindən mərasim binanın daxilində baş tutdu. Bu ənənəvi olaraq Ronald Reyqanın 1985-ci ildəki and mərasimini xatırladır.

- Trampın and mərasimində əli iki Bibliya üzərində idi: biri Avraam Linkolna aid idi, digəri isə 1955-ci ildə onun anası tərəfindən bağışlanmışdı.

Tədbirin Əsas Detalları:

- Trampın korteji Bakı vaxtı ilə saat 20:43-də Kapitoliya çatdı.

- And mətnində prezidentin Konstitusiyanı qoruyacağına vəzifəsini layiqincə yerinə yetirəcəyinə and içməsi vurğulandı.

Anddan Sonrakı İlk Addımlar:

- Anddan dərhal sonra Tramp Ağ Evə keçəcək, burada ilk müşavirəsini keçirəcək və ilk fərmanları imzalayacaq.

Dünən də xəbər vermişdik ki, Donald Tramp Vladimir Putinlə telefon danışığı planlaşdırır. https://daylinews-az.com/donald-tramp-abs-prezidentliyi-ucun-and-icdi/

Comments

Popular posts from this blog