ABŞ-da qəzaya uğrayan təyyarədə Azərbaycan çempionu olub
Keçmiş fiqurlu konkisürmə çempionu Aleksandr Kirsanov ABŞ-da baş verən təyyarə qəzasında həyatını itirib. O, Vaşinqtonda qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olub.

Daylinews-Az xəbər verir ki, bu məlumatı ABC telekanalına Kirsanovun həyat yoldaşı Nataliya Qudina təsdiqləyib.

"Mən hər şeyimi itirdim. Həyat yoldaşımı, tələbələrimi, dostlarımı..." – deyə o, bildirib.

Aleksandr Kirsanov kim idi?

A.Kirsanov fiqurlu konkisürmə üzrə Rusiya, Azərbaycan və ABŞ yığmalarında çıxış edib. O, 1997/98-ci il mövsümündə Rusiyanı təmsil edərək Gənclərarası Qran Pri yarışında ikinci yerin sahibi olub. 1999/2000-ci il mövsümündə isə Azərbaycan çempionu adını qazanıb.

ABŞ-da baş verən aviasiya qəzası

Xatırladaq ki, 29 yanvar axşam saatlarında ABŞ-ın American Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə ABŞ Ordusuna məxsus Black Hawk tipli hərbi helikopter Vaşinqton yaxınlığında havada toqquşub.

- Təyyarə Kanzas ştatından uçuş həyata keçirirdi və göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü var idi.

- Helikopterdə isə ən azı 3 hərbi qulluqçu olub.

- Toqquşmadan sonra hər iki hava nəqliyyatı vasitəsi Potomak çayına düşüb. https://daylinews-az.com/abs-da-qezaya-ugrayan-teyyarede-azerbaycan-cempionu-olub/

Comments

Popular posts from this blog