Teylor Svift 67-ci Grammy Mükafatlarının aparıcısı olacaq
Məşhur müğənni Teylor Svift, 67-ci Grammy Mükafatlarının aparıcısı olacaq.

Daylinews-Az xəbər verir ki, ABŞ-ın Səsyazma Sənayesi Assosiasiyası, sosial şəbəkə hesabında Sviftin fevralın 2-də Los-Ancelesdə baş tutacaq mərasimi aparacağını elan edib.

2024-cü ilin fevralında Teylor Svift "Midnights" albomu ilə "İlin Albomu" nominasiyasında Grammy qazandı və bu kateqoriyada ən çox mükafat qazanan ifaçı oldu. Onun bu kateqoriyada 4-cü qələbəsidir. Daha əvvəl bu rekordu Frənk Sinatra, Stivi Uonder və Pol Saymon paylaşırdı - hər biri 3 dəfə bu mükafata layiq görülmüşdü.

34 yaşlı sənətçi ümumilikdə Grammy-yə 52 dəfə namizəd olub və 14 mükafat qazanıb.

Grammy mükafatının əsası 1950-ci illərin ortalarında ABŞ Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qoyulub. 1957-ci ildə Milli Səsyazma Sənəti və Elmi Akademiyası yaradılıb və 1958-ci ildə ilk Grammy mükafatları təqdim olunub. Mükafatın adı "qrammofon" sözündən götürülüb və qaliblərə kiçik qızılı qrammofon heykəlciyi təqdim edilir. https://daylinews-az.com/teylor-svift-67-ci-grammy-mukafatlarinin-aparicisi-olacaq/

Comments

Popular posts from this blog