Məşhur rusiyalı müğənni Anna Sedokovanın 14 fevralda Almatıda keçirilməsi planlaşdırılan konserti ləğv edilə bilər.

Liter.kz-in məlumatına görə, tədbirə iki həftə qalmış bir dənə belə bilet satılmayıb. Masa bronunun qiyməti isə 150 min tenqəyə (təxminən 490 manat) çatır.

Bu, Sedokovanın keçmiş həyat yoldaşı, latviyalı basketbolçu Yanis Timmanın faciəvi ölümündən sonra ilk çıxışıdır. Lakin görünən odur ki, bu hadisə müğənninin Qazaxıstandakı nüfuzuna mənfi təsir göstərib.

Mərhum Timmanın dostu, sahibkar Mark Puqaçev ölkədəki məşhur bloqerləri konsertin ləğvi üçün çağırış etməyə səsləyib. O, bloqer Erkejan Şayxiyevaya müraciət edərək, Sedokovanı Timmanın ölümündə günahlandırıb və tədbirin baş tutmaması üçün dəstək istəyib.

Xatırladaq ki, 32 yaşlı Yanis Timmanın cəsədi 17 dekabrda Moskvadakı hostellərdən birində tapılmışdı. Onun ölümü boşanmasından az sonra baş vermişdi. Basketbolçu Anna Sedokova ilə dörd il evli olub. https://daylinews-az.com/anna-sedokovanin-qazaxistandaki-konserti-qalmaqala-sebeb-oldu/

Comments

Popular posts from this blog