Vatikanın İlk Qadın Qubernatoru Təyin Edilir
Roma Papası Fransisk Vatikanın qubernatoru vəzifəsinə rahibə Rafaella Petrininin təyin olunacağını elan edib. Bu, tarixdə ilk dəfədir ki, Vatikan qubernatoru qadın olacaq.

Daylinews-Az xəbər verir ki, Papa bu məlumatı İtaliya tok-şousu Che tempo che fa verilişində təsdiqləyib. Vatikanın 96 illik tarixində bu vəzifədə yalnız kişilər çalışıb.

Rafaella Petrini 2021-ci ildən Vatikanın Qubernatorluq Baş Katibi vəzifəsini icra edir. O, mart ayında 80 yaşı tamam olan arxiyepiskop Fernando Verqes Alzaqunu əvəz edəcək.

Yanvar ayında isə Papa Fransisk başqa bir tarixi addım ataraq, rahibə Simona Brambillanı Katolik Kilsəsində dini ordenləri nəzarət edən departamentə rəhbər təyin etmişdi. O, Vatikanın idarələrindən birini rəhbərlik edən ilk qadın olmuşdu. https://daylinews-az.com/vatikanin-ilk-qadin-qubernatoru-teyin-edilir/

Comments

Popular posts from this blog