Saray qəsəbəsini Sumqayıt şəhəri ilə birləşdirən yeni körpünün tikintisi 3-4 ay ərzində tam başa çatdırılacaq.

Bu barədə Daylinews.az-a Dövlət Avtomobil Yolları Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, tikinti işlərinə kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub.

Yeni körpünün texniki xüsusiyyətləri

- Körpü üç aşırımlıdır və ümumi uzunluğu 104 metr təşkil edir.

- Dörd dayaqlı körpü altı sütundan ibarətdir, hər bir sütunun diametri 1.5 metrdir.

- Ümumilikdə körpünün 12 sütunu və 80 ədəd, diametri 1 metr, uzunluğu 14 metr olan svayları var.

- Körpünün eni 21.6 metr olacaq və dörd hərəkət zolağına malik olacaq.

- Gediş-gəlişi rahatlaşdırmaq üçün hər iki tərəfdə 2 metrlik piyada səkiləri də tikiləcək.

Köhnə körpünün vəziyyəti 1970-ci illərdə tikilmiş və Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən köhnə körpü 2024-cü ilin dekabrında qəza vəziyyətində olduğu üçün sökülüb. Yeni körpünün tikintisi üçün 9 960 000 manat ayrılıb. https://daylinews-az.com/saray-qesebesinde-korpu-ne-vaxt-tamamlanacaq/

Comments

Popular posts from this blog