

Son günlər Bakının bazarlarında və ət dükanlarında mal və qoyun ətinin bahalaşması müşahidə olunur. Paytaxt sakinləri bu artımı artıq hiss edirlər.
Hazırda bazarlarda 1 kiloqram mal əti 15-16 manat, qoyun əti isə 20-24 manat arasında dəyişir. Sümüklü ətlə müqayisədə sümüksüz ət daha baha satılır.
Satıcıların sözlərinə görə, son aylarla müqayisədə qiymətlər bir qədər artsa da, bu tendensiya yeni deyil. Onlar bildirirlər ki, əsas səbəblərdən biri iri və xırdabuynuzlu heyvanların sayının azalmasıdır. Rəsmi statistikaya əsasən, son 10 ildə iribuynuzlu heyvanların sayı 5% azalıb, bu isə təbii olaraq ət qiymətlərinə təsir edib.
Digər mühüm faktor isə heyvan yemi və daşınma xərclərinin artmasıdır. Son illərdə yem məhsullarının qiymətində davamlı artım müşahidə olunur, bu isə fermerlərin xərclərini artırır və nəticədə ət bazarındakı qiymətlərə də təsir edir.
Ekspertlər yaxın aylarda ət bazarında qiymətlərin sabit qalacağını, lakin qış aylarında tələbatın artması ilə yeni bahalaşmanın mümkün ola biləcəyini istisna etmirlər. https://daylinews-az.com/bakida-mal-ve-qoyun-etinin-qiymeti-yeniden-artir-sebebler-nedir/
Comments
Post a Comment