

2024-cü il ərzində Azərbaycanda internet məkanına 70 mindən çox bank kart məlumatlarının sızdırılması qeydə alınıb. Bu barədə məlumatı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi departamentinin müdiri Elman Kərimli jurnalistlərə açıqlamasında bildirib.
daylinews-az.com xəbər verir ki, Elman Kərimli təhlükəsizlik axtarışları zamanı aşkarlanan sızdırılmış məlumatların müvafiq dövlət qurumlarına təqdim olunduğunu vurğulayıb.
Məlumatların sızdırılmasının qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə müxtəlif qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirən E. Kərimli, vətəndaşlara bank kartları ilə bağlı onlayn əməliyyatlar zamanı daha diqqətli və ehtiyatlı olmalarını tövsiyə edib. https://daylinews-az.com/oten-il-azerbaycanda-internete-70-minden-cox-bank-kart-melumati-sizdirilib/
Comments
Post a Comment