Azərbaycanda Geyim İstehsalı Azalıb
2025-ci ilin yanvar ayında Azərbaycanda geyim istehsalı 6,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,3% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, tekstil sənayesində, dəridən və dəridən məmulatların, eləcə də ayaqqabıların istehsalında ümumilikdə 57,6 milyon manatlıq məhsul buraxılıb. Tekstil sənayesində ötən ilin yanvar ayına nisbətən 39,2% artım qeydə alınıb, dəridən məmulatlar və ayaqqabı istehsalında isə 12,2% artım müşahidə olunub.

Əsas istehsal göstəriciləri:

- Üst geyim istehsalı: 77,3 min ədəd (1 il öncə ilə müqayisədə 2 dəfə çox)

- Corab istehsalı: 111,2 min cüt (44,6% azalma)

- Kişilər və oğlanlar üçün pambıq və ya kimyəvi liflərdən iş və peşə geyim dəstləri: 134,6 min ədəd (57,4% azalma)

Ümumilikdə, tekstil sahəsində artım olsa da, geyim sektorunda ciddi geriləmə müşahidə olunur. Bu, həm daxili bazarda tələbatın azalması, həm də ixrac imkanlarının məhdudlaşması ilə bağlı ola bilər. https://daylinews-az.com/azerbaycanda-geyim-istehsali-azalib/

Comments

Popular posts from this blog