6 fevral tarixində Sabunçu rayonunun Zabrat qəsəbəsində, Mustafa Məlikov küçəsində yaşayan sakin Y. Məmmədoğlu mağazadan aldığı çörəyi kəsərkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Qarabağ çörək zavodu tərəfindən istehsal edilən və Ruzi mağazasından alınan çörəyin içərisində siqaret kötüyü aşkar edib.

Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirib ki, hadisə agentliyin regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Hazırda mütəxəssislər tərəfindən müvafiq araşdırma aparılır və nəticələr barədə əlavə məlumat veriləcək. https://daylinews-az.com/bakida-coreyin-icinden-siqaret-kotuyu-tapildi-aqta-arasdirma-aparir/

Comments

Popular posts from this blog