

ABŞ Maliyyə Nazirliyinin federal ödəmə sisteminə giriş qaydalarında etdiyi dəyişiklik ciddi qalmaqala səbəb olub. İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyinin Artırılması Departamentinə (DOGE) bu sistemə çıxış imkanı verilməsi nazirlik daxilində fikir ayrılıqlarına gətirib çıxarıb.
ABC News-un məlumatına görə, federal ödəmə sisteminə giriş indiyədək yalnız Maliyyə Nazirliyinin və bəzi digər dövlət qurumlarının məhdud sayda rəsmisinə icazə verilirdi. Burada milyonlarla amerikalının maliyyə məlumatları saxlanıldığı üçün sistem yüksək məxfilik statusuna malikdir. Yeni qərarın qəbulu nəticəsində sistemin əsas kuratorlarından biri olan Devid Lebrik istefa verib.
Nazirlik rəsmiləri bildiriblər ki, DOGE-nin bu sistemə müdaxiləsi ölkədə büdcə ödənişlərinin gecikməsinə və ya ləğvinə səbəb ola bilər ki, bu da iqtisadiyyata ciddi zərər vura bilər. ABŞ Konqresinin senatorları da vəziyyətdən narahat olduqlarını bildiriblər. Senatın Maliyyə Komitəsinin üzvü Ron Vayden Maliyyə naziri Skott Bessentə ünvanladığı məktubda qeyd edib ki, federal ödəmə sisteminə girişin bu cür qeyri-şəffaf şəkildə verilməsi qəbuledilməzdir və hüquqi əsaslarla izah edilə bilməz.
Bundan əvvəl İlon Maskın Donald Tramp administrasiyasında yeni nazirlik təyin edəcəyi açıqlanmışdı. https://daylinews-az.com/abs-maliyye-nazirliyinde-qalmaqal-ilon-maskin-idare-etdiyi-quruma-federal-odeme-sistemine-giris-icazesi-verildi/
Comments
Post a Comment