USAID əməkdaşları 8 fevralda inzibati məzuniyyətə göndəriləcək
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşları dünyanın müxtəlif ölkələrində 8 fevral tarixində inzibati məzuniyyətə göndəriləcək.

Daylinews-Az xəbər verir ki, bu qərar agentliyin rəsmi açıqlamasında yer alıb.

ABŞ prezidenti Donald Tramp USAID-i "radikal dəlilər tərəfindən idarə olunan" qurum adlandırıb və agentliyin bağlanması üçün Ağ Evin aktiv iş apardığını bildirib. Bundan sonra USAID-in Vaşinqtondakı baş qərargahı bağlanıb.

Daha sonra Ağ Ev USAID-in mübahisəli xərclərinin siyahısını açıqlayıb. Hakimiyyət orqanları qeyd edib ki, USAID illərdir amerikalı vergi ödəyicilərinin vəsaitlərini şübhə doğuran layihələrə yönləndirib. https://daylinews-az.com/usaid-emekdaslari-8-fevralda-inzibati-mezuniyyete-gonderilecek/

Comments

Popular posts from this blog