

ABŞ Prezidenti Donald Tramp martın 4-dən etibarən Meksika, Kanada və Çindən gətirilən mallara yeni gömrük rüsumları tətbiq edəcək.
daylinews-az.com xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, Meksika və Kanadadan idxal edilən mallara 25 %, Çindən gətirilən məhsullara isə 10 % əlavə rüsum tətbiq olunacaq.
Tramp qərarını "Meksika və Kanadadan narkotik vasitələrin böyük miqdarda daxil olması" ilə əsaslandırıb. Prezidentin iddiasına görə, bu narkotiklərin əsas istehsalçısı və tədarükçüsü Çindir:
"Bu narkotiklərin böyük hissəsi Çin tərəfindən istehsal olunur və tədarük edilir" - Tramp qeyd edib.
Qeyd edək ki, Tramp artıq fevralın əvvəlində bu qərarla bağlı fərman imzalamışdı. https://daylinews-az.com/?p=4786
Comments
Post a Comment