ABŞ Prezidenti Donald Tramp və Polşa Prezidenti Andjey Duda arasında keçirilən görüş əvvəlcədən planlaşdırılan bir saat əvəzinə sadəcə "bir neçə dəqiqə" davam edib. Daylinews-az-ın Notes from Poland portalına istinadən verdiyi məlumata görə, görüş Vaşinqton yaxınlığında keçirilən Mühafizəkar Siyasi Hərəkətlər Konfransı çərçivəsində baş tutub.

Əslində, görüşün bir saat davam etməsi nəzərdə tutulurdu. Lakin Donald Tramp tədbirə gecikib və çıxış etməli olduğuna görə, görüş qısa olub. Qeyd edək ki, Andjey Duda, Trampın prezident seçilməsindən sonra onunla görüşən ilk Avropa lideridir.

Bu həftə ərzində Donald Trampın həmçinin Fransa Prezidenti Emmanuel Makron, həm də Böyük Britaniyanın Baş Naziri Kir Starmer ilə görüşləri gözlənilir. https://daylinews-az.com/tramp-ve-duda-arasindaki-gorus-bir-nece-deqiqe-davam-etdi/

Comments

Popular posts from this blog