Ağdam təmsilçisinin yeni transferi, Macarıstanın "Ferensvaroş" klubundan keçən Kadi Borjes, komandanın ən dəyərli oyunçusu olub.

4 fevralda "Qarabağ"la 4 illik müqavilə imzalayan yarımmüdafiəçinin bazar dəyəri 2,5 milyon avro təşkil edir. Onun keçidi müqabilində "Ferensvaroş"a digər braziliyalı futbolçu Julio Romao göndərilib. Romao hazırda 800 min avro dəyərində qiymətləndirilir.

Komandanın ən bahalı ikinci futbolçusu 2 milyon avro ilə Kabо-Verde millisinin üzvü Leandro Andrade olub. İlk üçlüyü isə hər biri 1,8 milyon avro dəyərində olan Nariman Axundzadə və Aleksey Kaşuk tamamlayır.

Komandanın ən ucuz futbolçusu isə klubun əfsanəsi sayılan Rişard Almeyda olub. Onun dəyəri cəmi 100 min avro təşkil edir.

Ağdam klubunun hazırkı heyətinin ümumi bazar dəyəri 22 milyon 350 min avrodur.

"Qarabağ"ın futbolçularının bazar dəyərləri

- Kadi Borjes – 2.5 milyon avro

- Leandro Andrade – 2 milyon avro

- Aleksey Kaşuk – 1.8 milyon avro

- Nariman Axundzadə – 1.8 milyon avro

- Mateuş Koxalski – 1.5 milyon avro

- Yassin Benzia – 1.2 milyon avro

- Toral Bayramov – 1.2 milyon avro

- Emmanuel Adday – 1.2 milyon avro

- Aleksey İsayev – 900 min avro

- Elvin Cəfərquliyev – 900 min avro

- Şahruddin Məhəmmədəliyev – 800 min avro

- Fabian Buntic – 700 min avro

- Mateus Silva – 700 min avro

- Marko Yankoviç – 600 min avro

- Bəhlul Mustafazadə – 600 min avro

- Musa Qurbanlı – 600 min avro

- Abbas Hüseynov – 550 min avro

- Abdullah Zubir – 500 min avro

- Kevin Medina – 500 min avro

- Redon Cica – 500 min avro

- Patrik Andrade – 450 min avro

- Marko Veşoviç – 200 min avro

- Bədavi Hüseynov – 200 min avro

- Amin Ramazanov – 200 min avro

- Sadiq Məmmədzadə – 150 min avro

- Rişard Almeyda – 100 min avro

"Qarabağ" tarixinin ən bahalı transferləri

Klub tarixində edilən ən bahalı transfer Rişard Almeydanın 2012-ci ildə Braziliyanın "Santu Andre" klubundan 1.28 milyon avroya alınması olub.

Ağdam təmsilçisinin ən yüksək məbləğə satdığı futbolçu isə Olavio Juninyo olub. O, keçən ay Braziliyanın "Flamenqo" klubuna 5 milyon avroya transfer edilib. https://daylinews-az.com/qarabagin-en-bahali-futbolculari-belli-oldu/

Comments

Popular posts from this blog