

Almaniya kansleri Olaf Şolts hökumətini daha əvvəl buraxmalı olduğunu etiraf edib.
Daylinews-Az xəbər verir ki, bu barədə Almaniyanın Tagesspiegel qəzeti məlumat yayıb.
"Köhnə hökuməti, bəlkə də, daha tez buraxmalı idim", – deyə kansler Kotbusda keçirilən tədbirdə bildirib.
Öz qərarlarını izah edərkən Şolts idman metaforasından istifadə edib:
"Bir komandanın kapitanı oyunun ortasında meydana çıxıb media nümayəndələrinə belə deməz: “Bu oyunçu zəif çıxış edir. Əgər belə davam edərsə, burda dayanacağıq”. Bunun əvəzinə, komanda üzvlərinə işlərini daha yaxşı görmək üçün daha çox çalışmaları lazım olduğunu başa salmaq lazımdır", – deyə kansler vurğulayıb.
O, həmçinin hökumət tərəfdaşlarına bəzən daha çox səy göstərmələri üçün xəbərdarlıqlar etməyin faydalı ola biləcəyini qeyd edib. https://daylinews-az.com/almaniya-kansleri-solts-hokumeti-daha-tez-buraxmali-idim/
Comments
Post a Comment