

Avropada təbii qazın qiyməti bazar ertəsi keçirilən birja ticarətində 1000 kubmetr üçün 620 dolları ötüb, bu isə sonuncu dəfə 7 fevral 2023-cü ildə qeydə alınmışdı. ICE London birjasının məlumatına əsasən, gün ərzində qiymət artımı 4%-dən çox olub.
Niderlandın TTF qaz hubunda fevral ayı üçün fyuçers müqavilələrinin qiyməti 1000 kubmetr üçün 626 dollara yüksəlib ki, bu da 58.645 avro/MVt·s (hazırkı avro-dollar məzənnəsinə əsasən) təşkil edir. ICE birjasında qaz qiymətləri məhz avro/MVt·s ölçüsündə təqdim edilir. https://daylinews-az.com/avropada-qazin-birja-qiymeti-2023-cu-ilden-beri-ilk-defe-620-dollari-kecdi/
Comments
Post a Comment