Avstraliyalı qadın internetdə sevgi axtararkən 780 000 dollar itirdi və evsiz qaldı
Avstraliyanın Perta şəhərində yaşayan Annette Ford internetdə tanış olduğu şəxs tərəfindən aldadılaraq bütün sərvətini – 780 000 dollarını itirib və evsiz qalıb.

Daylinews-Az-ın News portalına istinadən verdiyi məlumata görə, qadın hazırda hökumət tərəfindən verilən sosial yardımlara güvənərək həyatını davam etdirməyə çalışır.

Ford uzun illər uğurla it baxımı biznesi ilə məşğul olub. Lakin 2018-ci ildə boşandıqdan sonra çətin vəziyyətə düşüb və özünə yeni həyat yoldaşı tapmaq ümidi ilə bir tanışlıq saytında qeydiyyatdan keçib. Orada Uilyam adını istifadə edən bir şəxslə tanış olub və onunla aylarla münasibət qurub.

"Çox sadəlövh idim və ağılsız davrandım. Sevgi tapdığıma inanmışdım. Axı hamımız sevgi axtarırıq," – deyə Annette Ford etiraf edib.

Zaman keçdikcə dələduz qadının etibarını qazanıb və onu böyük məbləğdə pul köçürməyə inandırıb. Bu hadisədən sonra Ford tamamilə müflisləşib və hazırda dostlarının evində müvəqqəti qalaraq yaşlılar üçün nəzərdə tutulmuş əlçatan mənzil axtarır.

"Mən həm fiziki, həm də psixoloji cəhətdən işləməyə qayıtmağa hazır deyiləm. Çox utanıram," – deyə o bildirib. https://daylinews-az.com/?p=4580

Comments

Popular posts from this blog