

Azerbaijan Airlines (AZAL) son günlərdə, o cümlədən bu gün, Astraxan üzərində hava məkanının periodik bağlanması səbəbindən Bakı - Astraxan - Bakı marşrutu üzrə bütün reyslərini qeyri-müəyyən müddətə təxirə salıb. Bu qərar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.
Daylinews-Az-ın məlumatına görə, bu barədə AZAL-ın mətbuat xidməti açıqlama verib.
Bakı - Astraxan reysinə bilet almış sərnişinlər əlavə cərimə ödəmədən biletlərini tam şəkildə geri qaytara və ya alternativ istiqamətə dəyişə bilərlər. Bunun üçün sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
AZAL vəziyyəti diqqətlə izləməyə davam edəcəyini və uçuş cədvəlində hər hansı dəyişiklik olacağı halda sərnişinlərə dərhal məlumat veriləcəyini bildirib. https://daylinews-az.com/azal-baki-astraxan-reyslerini-qeyri-mueyyen-muddete-dayandirir/
Comments
Post a Comment