Azərbaycanda un bahalaşdı – Son qiymətlər açıqlandı
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun son topdansatış qiymətləri barədə məlumat yayıb.

Rəsmi açıqlamaya görə, 30 yanvar tarixindən etibarən 50 kq-lıq un kisəsinin topdansatış qiymətləri 26.50-28.20 manat arasında dəyişir. Əvvəlki dövrdə bu göstərici 26-28.20 manat idi.

Ölkədə ən ucuz un Dəvəçi-Taxıl MMC tərəfindən istehsal olunur və qiyməti 26.50 manat təşkil edir. Ən bahalı un isə Azeri-Arapoğlu U.S. və T.LTD şirkətləri tərəfindən istehsal edilir və 28.20 manata satılır.

Dəvəçi-Taxıl MMC-nin istehsal etdiyi unun qiymətində 50 qəpik artım qeydə alınıb.

10 fevral 2025-ci il tarixinə Azərbaycanda un istehsalçılarının müəyyən etdiyi topdansatış qiymətlər:

- ATS MİLL MMC – 27.20 manat (+10 qəpik)

- Anadoluqida MMC – 27.40 manat (+25 qəpik)

- AVETA MMC – 27.30 manat (+15 qəpik)

- KARAT HOLDİNQ MMC – 27.30-27.40 manat (+15 qəpik)

- Dəvəçi-Dəyirman MMC – 26.80 manat (+20 qəpik)

- Gəncə Dəyirman MMC – 27.60 manat (+25 qəpik)

- NEON firması – 27.85 manat (+25 qəpik)

- Nural MMC – 28.10 manat (+40 qəpik)

- Qarabağ un MMC – 26.90 manat (+10 qəpik)

- Hazartürk LTD MMC – 27 manat

- Sünbül 2012 MMC, Avrora MMC, Taxıl AQRO MMC – 27.30 manat (+30 qəpik)

- SKY AGRO MMC, Bakı Taxıl Terminalı MMC – 27.10 manat (+5 qəpik)

- Səma fərdi firması, PAK-NUR firması, Nadir Quliyev adına Bakı-Taxıl ASC, Karmen, Orxan UN, Xırman, Dəniz un sənayesi LTD MMC – 27.30 manat (+25 qəpik) https://daylinews-az.com/azerbaycanda-un-bahalasdi-son-qiymetler-aciqlandi/

Comments

Popular posts from this blog