

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) ölkədə kiberdələduzluq hallarının artması ilə bağlı vətəndaşlara müraciət edib. Daylinews-Az xəbər verir ki, nazirlik vətəndaşları daha ehtiyatlı olmağa çağırıb.
Nazirliyin yaydığı açıqlamaya əsasən, son günlər dələduzlar yeni texnologiyalardan və süni intellekt alətlərindən istifadə edərək insanların bank kartlarından pul oğurlamağa cəhd edirlər.
DİN-in məlumatına görə, polisə müraciət edən vətəndaşlar bildirirlər ki, kibercinayətkarlar süni intellekt vasitəsilə insanların yaxın qohumlarının səsini və danışıq tərzini təqlid edərək, internet üzərindən saxta nömrələrdən zənglər edirlər. Bu zənglər zamanı bank kartı məlumatlarını əldə etməyə çalışırlar.
Nazirlik vətəndaşlara aşağıdakı tövsiyələri verir:✔ Telefon zəngi zamanı danışanın kimliyindən tam əmin olun. Əgər zəng edən şəxs özünü qohumunuz və ya dostunuz kimi təqdim edirsə, əlavə suallar verərək şəxsiyyəti təsdiqləməyə çalışın. Bu, onun həqiqətən tanıdığınız biri olduğunu yoxlamağa kömək edəcək.✔ Heç bir halda bank kartı məlumatlarınızı paylaşmayın! Bank və rəsmi qurumlar telefon vasitəsilə kart məlumatlarını soruşmur.✔ Dələduzluq cəhdi ilə qarşılaşdığınız halda dərhal hüquq-mühafizə orqanlarına məlumat verin.
DİN vətəndaşları bank kartlarının təhlükəsizliyinə daha diqqətli yanaşmağa çağırır və bildirir ki, kartınızın təhlükəsizliyi sizin əlinizdədir! https://daylinews-az.com/?p=4100
Comments
Post a Comment