

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə növbəti görüşün mart ayında baş tutacağı gözlənilir.
daylinews-az.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan məlumat verib.
O bildirib ki, hazırda Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində delimitasiya prosesi davam edir və bu prosesin növbəti mərhələsi üçün tərəflərin razılığı əldə olunub.
Mqer Qriqoryan həmçinin qeyd edib ki, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə edilməli olan məsələlər hələ də qalmaqdadır. O, Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsinin məhz tərəflər arasında konsensus əsasında aparıldığını vurğulayıb.
Lakin Baş nazirin müavini Cermuk istiqamətindəki dövlət sərhədinin delimitasiya prosesinin bu il keçirilib-keçirilməyəcəyi ilə bağlı sualı açıq saxlayıb və konkret tarix göstərməyib. https://daylinews-az.com/azerbaycan-ermenistan-delimitasiya-komissiyasinin-novbeti-iclasi-mart-ayinda-kecirile-biler/
Comments
Post a Comment