Azərbaycanda üç övladı olan ailələr üçün sevindirici xəbər
Azərbaycanda çoxuşaqlı ailə statusunun beş uşaqdan üç uşağa endirilməsi təklif olunub.

Daylinews-Az xəbər verir ki, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bu təklifin dəfələrlə gündəmə gətirildiyini və hazırda onun həyata keçirilməsi üçün işlər aparıldığını bildirib. Yeni dəyişikliklər ölkənin demoqrafik inkişafı üzrə dövlət proqramına daxil ediləcək.

Deputatın sözlərinə görə, hazırda Azərbaycanda üç uşaqlı 100 000-dən çox ailə var. Əgər çoxuşaqlılıq meyarı dəyişdirilsə, həmin ailələrin övladları sosial müavinət ala biləcək. Qeyd edək ki, hazırda beş və daha çox övladı olan ailələrə hər uşağa görə aylıq 105 manat sosial müavinət ödənilir. https://daylinews-az.com/?p=4303

Comments

Popular posts from this blog