

Azərbaycanda mövsümi qrip və kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxma hallarında artım müşahidə olunur.
Bu barədə Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi, infeksionist Təyyar Eyvazov məlumat verib. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də yanvar-fevral aylarında qripə yoluxma halları digər respirator virus infeksiyalarını üstələyib.
"Payız-qış mövsümündə KRVİ-yə yoluxma səviyyəsi əvvəlki illərlə müqayisədə ciddi dəyişiklik göstərmir. Bununla yanaşı, nadir hallarda yeni koronavirusa yoluxma halları da qeydə alınır. Ancaq Azərbaycanda insanlarda metapnevmovirus aşkarlandığına dair rəsmi təsdiq yoxdur."- Təyyar Eyvazov https://daylinews-az.com/azerbaycanda-qrip-ve-keskin-respirator-virus-infeksiyalari-artir-sehiyye-nazirliyi/
Comments
Post a Comment