Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda yerləşən bir su emalı müəssisəsinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
AQTA-nın yaydığı məlumata görə, fiziki şəxs Namiq Səlim oğlu Yusifova məxsus olan və Bakı şəhəri, H. Mirzəyev küçəsi, 1069 ünvanında yerləşən müəssisədə yoxlamalar aparılıb. Nəticədə bir sıra ciddi nöqsanlar aşkarlanıb.
Yoxlamalar zamanı müəyyən edilib ki:
- Müəssisə qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərirdi.
- Texnoloji ardıcıllıq qaydalarına əməl olunmurdu.
- Qablaşdırma materiallarının yuyulması primitiv üsullarla həyata keçirilirdi.
- "Xanbulaq" markalı 19 litrlik qablaşdırmada istehsal tarixi qeyd olunmamışdı.
Aşkar edilmiş qanun pozuntuları ilə bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. https://daylinews-az.com/?p=4157

Comments
Post a Comment