Azərbaycanda Unun Qiymətləri Açıqlanıb
Azərbaycanda unun ən son topdansatış qiymətləri İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən açıqlanıb. Daylinews-Az xəbər verir ki, 30 yanvar tarixinə olan məlumata görə, 50 kq-lıq un kisələrinin qiyməti 26-28.20 manat aralığında dəyişir. Daha əvvəl bu göstərici 25.95-28.20 manat idi.

Hazırda bazarda ən ucuz unu Dəvəçi-Taxıl şirkəti istehsal edir (26 manat), ən bahalı un isə Azeri-Arapoğlu U.S. və T.LTD şirkətləri tərəfindən satılır (28 manat 20 qəpik). Beləliklə, son iki ayda unun qiymətində ciddi dəyişiklik müşahidə olunmayıb.

30 Yanvar 2025-ci il üçün Azərbaycanda Unun Topdansatış Qiymətləri (50 kq kisə)

- ATS MİLL – 27.10 manat

- Anadoluqida, AVETA və KARAT HOLDİNQ – 27.15 manat

- Azeri-Arapoğlu U.S. və T.LTD – 28.20 manat

- Bakı Taxıl Terminalı, Dəniz Un Sənayesi LTD, Karmen, Orxan UN, Xırman, SKY AGRO, Bakı-Taxıl (Nadir Quliyev adına), PAK-NUR, Səma – 27.05 manat

- Dəvəçi-Dəyirman – 26.60 manat

- Dəvəçi-Taxıl – 26 manat

- Gəncə Dəyirman – 27.35 manat

- Hazartürk LTD, Sünbül 2012, Taxıl AQRO, Avrora – 27 manat

- NEON – 27.60 manat

- Nural – 27.70 manat

- Qarabağ Un – 26.80 manat https://daylinews-az.com/azerbaycanda-unun-qiymetleri-aciqlanib/

Comments

Popular posts from this blog