Azərbaycanda Qar: 179 Nəfər Xəsarət Alıb
Azərbaycanda yağan güclü qar və əlverişsiz hava şəraiti nəticəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ümumilikdə 179 nəfər müraciət edib. Xəsarət alanların 89-u qadın, 90-ı isə kişi olub.

Daylinews-az-ın TƏBİB-ə istinadən verdiyi məlumata görə, müraciət edənlərdən 171 nəfər müxtəlif xəsarətlərlə əlaqədar olaraq müvafiq tibb müəssisələrinə yerləşdirilib. Digər 8 nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Mütəxəssislər, əlverişsiz hava şəraitində və sürüşkən yollarda ehtiyatlı olmağı, xüsusilə yaşlı insanların diqqətli davranmasını tövsiyə edir. https://daylinews-az.com/azerbaycanda-qar-179-nefer-xesaret-alib/

Comments

Popular posts from this blog