Bakıda məşhur
Bakıda "Keşlə" bazarının söküntü işləri başlanıb. Bu addım paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması layihəsi çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat sıxlığını azaltmaq və yol hərəkəti təhlükəsizliyini artırmaqdır. Əsas yeniliklərdən biri Həsən Əliyev küçəsinin Yusif Vəzir Çəmənzəminli küçəsi ilə birləşdirilməsi olacaq. Bu, Təbriz, Ağa Neymətulla və Əhməd Rəcəbli küçələrinin kəsişməsində tıxacların azalmasına kömək edəcək.

Bundan əlavə, yeni yol qovşağı "Gənclik" və "Nəriman Nərimanov" metrostansiyalarından "Koroğlu" istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin rahat keçidini təmin edəcək. Bu dəyişiklik Heydər Əliyev prospektindəki yükü azaldacaq və alternativ marşrut yaradacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, artıq söküntü işlərinə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, eləcə də torpaq sahələrinin ölçülməsi və qiymətləndirilməsi başa çatıb.

Qeyd edək ki, "Keşlə" bazarında fəaliyyət göstərən sahibkarlar artıq Dərnəgül ərazisindəki yeni ticarət kompleksinə köçürülüblər. https://daylinews-az.com/?p=4142

Comments

Popular posts from this blog