Bakıda 4 bina sökülür - Sakinlərə 1660 manat kompensasiya təklif olunub
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən yaşı 60 ili ötmüş 2 mərtəbəli 4 binanın sakinləri köçürülür. "daylinews-az.com" xəbər verir ki, sakinlər Binəqədi rayon 145 saylı Mənzil Kommunal və Texniki Xidmətlər Sahəsinə çağırılıb və onlara binaların qəzalı vəziyyətdə olduğu barədə xəbərdarlıq edilib.

Ümumilikdə 49 ailənin yaşadığı binaların sakinlərinə mənzillərinin qəzalı vəziyyətdə olduğu bildirilib və hər kvadrat metr üçün 1660 manat kompensasiya təklif olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən binaların qəzalı vəziyyətdə olduğu təsdiqlənib. Həmin binalar sıx tikilmiş fərdi evlər zonasında yerləşdiyi üçün yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil. Sakinlərin dövlət vəsaiti hesabına yaxın müddətdə köçürülməsi, binaların isə sökülərək ərazinin abadlaşdırılması planlaşdırılır.

"Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən, qiymətləndirici şirkətlər tərəfindən verilən təklifə uyğun olaraq mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri hesablanaraq 1660 manat müəyyənləşdirilib. https://daylinews-az.com/bakida-4-bina-sokulur-sakinlere-1660-manat-kompensasiya-teklif-olunub/

Comments

Popular posts from this blog