Qızılın qiyməti tarixi rekorda çatdı
Bu həftə qızılın qiyməti yeni rekorda yüksəldi. ABŞ-ın ticarət müharibəsinə başlaması fonunda qiymətli metalın dəyəri artmaqda davam edir.

Bugünkü hərraclarda qızılın bir unsiyasının qiyməti ilk dəfə 2 900 dollar həddini keçib.

Saat 15:44-ə olan məlumata görə, qızılın qiyməti 0.32% bahalaşaraq 2 893.5 dollara çatıb. Gün ərzində isə 2 901.5 dollar ilə tarixi maksimum qeydə alınıb.

Ticarət müharibəsi qızılın qiymətinə necə təsir edib?

Bloomberg xəbər verir ki, ABŞ və Çin arasında başlayan ticarət müharibəsi investorları daha etibarlı aktivlərə yönəldib.

- ABŞ Prezidenti Donald Trampın Çin idxalına tətbiq etdiyi gömrük rüsumları rəsmi olaraq qüvvəyə minib.

- Buna cavab olaraq Çin hökuməti dərhal ABŞ-a qarşı daha konkret cavab tədbirləri görəcəyini açıqlayıb. https://daylinews-az.com/qizilin-qiymeti-tarixi-rekorda-catdi/

Comments

Popular posts from this blog