Daha əvvəl bildirildiyi kimi, gənc şair Həsən Kür intihara cəhd edib. Hazırda onun vəziyyəti kritik olaraq qiymətləndirilir.

Daylinews-az-in verdiyi məlumata görə, 22 fevral 2025-ci il, saat 19:10 radələrində 1996-cı il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Ona "bağlı kəllə-beyin travması", "sol bud sümüyünün qapalı sınığı", "kəllə sınığı" diaqnozları qoyulub və müvafiq tibbi yardım göstərilib.

Hazırda Həsən Kür cərrahiyyə reanimasiya şöbəsində müalicə olunur və vəziyyəti ağır olaraq qalır.

Hadisənin Əvvəlki Təfərrüatları:

Gənc şair Həsən Kür, bu gün Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində intihara cəhd edib. O, ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb.

Hadisə yerinə çağırılan təcili yardım briqadası onu ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırıb və şair reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Həsən Kürün intihara cəhd etməsinin səbəbi maliyyə problemləri ilə bağlı olub. Hazırda hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır. https://daylinews-az.com/bakida-genc-sair-ticaret-merkezinde-intihara-cehd-edib-yenilenib/

Comments

Popular posts from this blog