Şahmar Mövsümov: Azərbaycan orta gəlirli ölkələr sırasında yer alır
Dünya Bankı tərəfindən aparılan genişmiqyaslı araşdırmaların nəticəsi olaraq Dünya İnkişaf Hesabatının təqdimatı keçirilib. Azərbaycan son 30 il ərzində sıfırdan başlayaraq müasir inkişaf edən ölkəyə çevrilib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkəmiz hazırda orta gəlirli ölkələr sırasında olan 54 dövlətin siyahısına daxildir.

"Bu, qısa müddətdə əldə edilmiş mühüm nailiyyətdir. Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirildi. Lakin 1992-ci ildən etibarən Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ciddi transformasiya mərhələsindən keçdi. Dünya Bankı bizim üçün vacib tərəfdaş oldu və səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə mühüm layihələrin həyata keçirilməsində iştirak etdi. Gələcəkdə də bu qurumun innovasiyalara dəstək sahəsində əsas tərəfdaşlarımızdan biri olaraq qalacağına inanırıq" – deyə Şahmar Mövsümov vurğulayıb. https://daylinews-az.com/?p=4336

Comments

Popular posts from this blog