Fevralda 91 nəfər zəhərlənib, 5-i həyatını itirib
Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müxtəlif zəhərlənmə səbəbləri ilə 91 nəfər müraciət edib.

daylinews-az.com xəbər verir ki, KTM-in yaydığı məlumatda qəbul edilən xəstələrin zəhərlənmə səbəbləri belə qeyd olunub:

- 36 nəfər dərman zəhərlənməsi,

- 22 nəfər sirkə turşusundan zəhərlənmə,

- 9 nəfər spirtli içkilərdən zəhərlənmə,

- 3 nəfər botulizmdən zəhərlənmə,

- 11 nəfər dəm qazından zəhərlənmə,

- 4 nəfər fosfor üzvi birləşmələrdən zəhərlənmə,

- 4 nəfər allergik reaksiyalar,

- 2 nəfər yandırıcı məhluldan zəhərlənmə.

Bütün tibbi yardımlara baxmayaraq, zəhərlənən şəxslərdən 5 nəfər (4 kişi, 1 qadın) dünyasını dəyişib. Ölüm halları əsasən sirkə turşusu və dərman zəhərlənmələri nəticəsində baş verib. https://daylinews-az.com/?p=4783

Comments

Popular posts from this blog