Fuad Muradov, Ramil Paşanov və Gülnar Hacıyevaya qarşı irəli sürülən cinayət işi üzrə məhkəmə prosesi davam edib. Onlar hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunurdular.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Fuad Muradova hökm oxunub. Məhkəmə qərarına əsasən, o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Muradov 2023-cü ilin oktyabr ayında saxlanılmışdı. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona həbs qətimkan tədbiri seçilmişdi.

O və digər təqsirləndirilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (öncədən əlbir olan bir qrup şəxs tərəfindən təkrarən və külli miqdarda əmlakı ələ keçirmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə ittiham olunurdu.

İş üzrə yeddi nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Qeyd edək ki, Fuad Muradov Qarabağ müharibəsi veteranı, "Qazaxlı Alik" ləqəbi ilə tanınan Arif Muradovun oğludur. https://daylinews-az.com/?p=4570

Comments

Popular posts from this blog