

Güclü M sinfi alışma 17 fevral, bazar ertəsi Günəşdə qeydə alınıb. Daylinews-Az-ın verdiyi məlumata görə, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
İnformasiyaya əsasən, 17 fevral Bakı vaxtı ilə saat 19:13-də, rentgen diapazonunda 3992 ləkə qrupunda (S05W75) M1.1 sinfində alışma baş verib. Alışma 16 dəqiqə davam edib.
Günəş alışmalarının təsnifatı və təsirləri
- Günəş alışmaları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür.
- Ən zəif alışma A0.0 olaraq təsnif edilir və bu, Yerin orbitində 10 nanovatt/kvm gücə malikdir.
- Hər bir sinif keçidində güc 10 dəfə artır.
- Alışmalar adətən Günəş plazmasının buraxılması ilə müşayiət olunur. Bu plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər. https://daylinews-az.com/?p=4527
Comments
Post a Comment