Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bəhreyn Krallığına səfəri çərçivəsində bu ölkənin neft və ətraf mühit naziri Mohammed bin Mubarak Bin Dinah ilə görüş keçirib.

sport-az.com xəbər verir ki, görüş zamanı ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq və mümkün birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib. Hər iki tərəf ekoloji problemlərin qlobal miqyasda həlli üçün birgə addımların atılmasının vacibliyini vurğulayıblar.

Görüşdə Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)-na ev sahibliyi etməsi xüsusi qeyd olunub. Bəhreynin ətraf mühit naziri, COP29 çərçivəsində Azərbaycana səfərini xatırlayaraq, ölkəsinin ətraf mühitin qorunması, ekoloji və iqlim vəziyyətinin yaxşılaşdırılması istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib.

Leyla Əliyeva, ətraf mühitin mühafizəsinə yönəlmiş birgə təşəbbüslərin həm planetimizin, həm də gələcək nəsillərin rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüş çərçivəsində, həmçinin su ehtiyatlarından səmərəli istifadə, su itkisinin qarşısının alınması, çirkab suların təmizlənməsi və irriqasiyaya yönləndirilməsi mövzularında geniş fikir mübadiləsi aparılıb. Hər iki tərəf bu sahələrdə təcrübə mübadiləsi və texnoloji dəstəyin vacibliyini qeyd edib. https://daylinews-az.com/leyla-eliyeva-behreynin-neft-ve-etraf-muhit-naziri-ile-gorusub/

Comments

Popular posts from this blog