

Los-Ancelesdə 67-ci dəfə keçirilən "Qremmi" musiqi mükafatlandırma mərasimi qalmaqalla yadda qaldı. Mərasimə yeni başlayan kimi məşhur repçi Kanye Uest diqqət mərkəzinə düşdü. O, tədbirə həyat yoldaşı Bianka Sensori ilə birlikdə qatıldı.
Repçi tam qara tərzdə – sadə futbolka və şalvarla göründü. Bianka isə uzun qara kürk geyinərək qırmızı xalçaya çıxdı. Ancaq o, gözlənilmədən kürkü yerə atdı və altından tamamilə şəffaf mini-don çıxdı. Sensori soyuqqanlı şəkildə jurnalistlər qarşısında addımladı, Uest isə arvadından gözünü çəkmirdi. Bildirilir ki, Biankanın bu cəsarətli tərzini məhz Kanye özü seçib.
Lakin onların bu performansı çox uzun çəkmədi. Bir neçə dəqiqə sonra polis mühafizəçiləri Kaneyə və Biankaya tədbiri tərk etmələrini tələb etdilər. Cütlük dəvət olunmamış qonaq kimi tədbirdən çıxarıldı.
Qeyd edək ki, Kanye Uest 24 dəfə "Qremmi" mükafatına layiq görülüb və bu il də namizədlər arasında idi. Buna baxmayaraq, təşkilatçılar onun tədbirə qatılmasını istəmədilər. https://daylinews-az.com/qremmi-2025de-qalmaqal-bianka-sensori-ve-kanye-uest-tedbirden-cixarildi/
Comments
Post a Comment