Beyons ilk dəfə
Los-Ancelesdə keçirilən 67-ci Grammy Mükafatları mərasimində məşhur amerikalı müğənni Beyons ilk dəfə "Ən yaxşı albom" kateqoriyasında qalib oldu. O, bu mükafatı yeni Cowboy Carter albomu ilə qazandı.

Bu il mərasim şəhərdə baş verən meşə yanğınlarına görə adi illərdən daha təvazökar şəraitdə təşkil edildi. Beyonsun qalib olduğunu isə Los-Anceles yanğınsöndürmə idarəsinin əməkdaşları elan etdilər.

Beyons üçün gözlənilməz qələbə

Cowboy Carter albomu Teylor Svift, Billi Ayliş və Charli XCX kimi tanınmış ifaçıların işlərini geridə qoyaraq qalib oldu. Beyons səhnədə çıxış edərkən hisslərini belə ifadə etdi:

"Bu anı illərlə gözləmişəm. Ümid edirəm ki, biz yeni yollar açmağa və irəliləməyə davam edəcəyik."

Bu albom həmçinin ən yaxşı kantri albomu seçildi. Qələbə Beyons və həyat yoldaşı, reper Jay-Z üçün tamamilə gözlənilməz idi. Müğənni səhnədə Teylor Sviftin əlindən mükafatı alarkən belə dedi: "Vau, mən həqiqətən bunu gözləmirdim."

Digər qaliblər

- "İlin ən yaxşı yeni ifaçısı" – Çappell Roan

- Charli XCX – "Brat" albomu və "Von Dutch" mahnısına görə mükafat qazandı

- Sabrina Karpenter – "Espresso" mahnısına görə qalib oldu

- The Beatles – 55 ildən sonra ilk dəfə Grammy mükafatı qazandı. Now And Then mahnısı ən yaxşı rok ifası seçildi

Şon Ono Lennon mərasimdə The Beatles adından mükafatı qəbul etdi.

Yanğınlar Grammy Mükafatlarını kölgədə qoydu

Beyonsun "Texas Hold 'Em" mahnısı ilin ən yaxşı yazısı kateqoriyasında namizəd olsa da, qalib Kendrik Lamar oldu. O, "Not Like Us" mahnısı ilə bütün beş nominasiya üzrə qalib gəldi. Lamar çıxışında bu uğurunu Los-Ancelesdə yanğından zərər çəkənlərə həsr etdi.

Mərasim boyu bir çox ifaçılar yanğınlardan təsirlənən insanlara dəstək nümayiş etdirdi.

- Billi Ayliş çıxışını "Səni sevirəm, L.A." sözləri ilə tamamladı

- Ledi Qaqa və Bruno Mars California Dreamin' mahnısını ifa edərək yanğınla mübarizə aparan fövqəladə xidmət işçilərinə həsr etdilər

Yanğınların faciəvi təsirinə görə bu il Grammy Mükafatları adət olunan möhtəşəm partilərsiz və sadə formatda keçirildi. Beyonsun qalib olduğunu elan etmək üçün Los-Anceles yanğınsöndürmə idarəsinin əməkdaşları səhnəyə çıxdılar və salon onları ayaq üstə alqışladı.

Yanğınsöndürmə idarəsinin rəhbəri Entoni Marrone çıxış edərək bildirib:"Onların fədakar mübarizəsi hər birimiz üçün ilham mənbəyidir. Bu faciədə ailələrini, evlərini və bizneslərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk." https://daylinews-az.com/beyons-ilk-defe-grammyde-ilin-en-yaxsi-albomu-mukafatini-qazandi/

Comments

Popular posts from this blog