Azərbaycanda hava kəskin soyuyacaq, bəzi yollarda buzlanma gözlənilir – XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 6-8 fevral tarixlərində gecə və səhər saatlarında Azərbaycandakı dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Daylinews-Az xəbər verir ki, son günlər davam edən mülayim hava şəraitindən sonra 5 fevral axşamından etibarən ölkənin şərq rayonlarında hava şəraiti dəyişəcək və bu proses 8 fevraladək davam edəcək.

Bu dövrdə ara-sıra yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda qar gözlənilir. Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran və Lənkəran-Astara bölgələrində yağıntılar intensiv xarakter alacaq.

Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək. https://daylinews-az.com/azerbaycanda-hava-keskin-soyuyacaq-bezi-yollarda-buzlanma-gozlenilir-xeberdarliq/

Comments

Popular posts from this blog