Məşhur müğənni oğlunun təhsilinə xərclədiyi pula heyfsilənir:
Məşhur azərbaycanlı müğənni Nadir Qafarzadə, Space TV efirində etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib. O, oğlunun təhsilinə yatırdığı vəsaitə görə peşman olduğunu bildirib. Müğənninin sözlərinə görə, övladı İsveçrənin Cenevrə şəhərində Biznes və Menecment fakültəsini bitirsə də, hazırda işsizdir.

Daylinews-Az xəbər verir ki, müğənni bu vəziyyətdən narazıdır və belə düşünür ki, oğlunun təhsilinə xərclədiyi pulla çayxana açsaydı, daha məqsədəuyğun olardı.

"Oğluma uyğun iş yoxdur. Onun təhsilinə sərf etdiyim pula gözəl bir çayxana açsaydım, orada işləyərdi. Ümumiyyətlə, bu təhsil kimə lazımdır, nə üçün oxumaq lazımdır?" - deyə Nadir Qafarzadə sual edir.

O, əlavə edib ki, bu günün gəncləri təhsilin cəmiyyətdə lazımsız hala gəlməsini görərək, 4-5 il universitetdə oxumaq əvəzinə, TikTok-da canlı yayım açaraq pul qazanmağa üstünlük verirlər.

"Düşünürlər ki, belə oturub pul qazanmaq oxumaqdan daha yaxşıdır" - deyə müğənni qeyd edib. https://daylinews-az.com/?p=4449

Comments

Popular posts from this blog