Müğənni Alsu model Anastasya Reşetovanın ona yönələn ittihamlarına cavab verib.
Daylinews-Az-ın Starhit-ə istinadən verdiyi məlumata görə, müğənni bu barədə "ŞB-Şou" layihəsində Georgi İvaşenko ilə söhbəti zamanı danışıb.
Ötən il Alsu və Reşetovanın adları tez-tez mediada müzakirə olunurdu. Buna səbəb müğənninin biznesmen Yan Abramovla boşanması idi. Bəzi iddialara görə, cütlüyün ayrılmasına məhz modelin adı hallanırdı. Anastasya bu mövzuya uzun müddət şərh verməsə də, sonuncu doğum günü tədbirində onu Alsu ilə səhv saldıqlarını bildirib.
Jurnalist İvaşenko müğənnidən modelin bu açıqlaması barədə münasibət öyrənməyə çalışıb.
"İstəyirsən ki, səni qalmaqalla sevindirim? Alınmayacaq! Mənə tamamilə fərq etməz. Əgər kimsə mənim adımla özünü reklam etmək istəyirsə, bu, onun seçimidir. Mənə heç bir təsiri yoxdur və məni maraqlandırmır," – deyə Alsu sərt cavab verib.
Boşandıqdan sonra Alsu tamamilə işinə fokuslanıb. O, daha çox çəkilişlərdə və çıxışlarda iştirak edir. Müğənninin sözlərinə görə, indi karyerasına daha çox vaxt ayıra bilir və bu vəziyyətdən məmnundur. https://daylinews-az.com/?p=4578

Comments
Post a Comment