

Nazirlər Kabineti "Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri" ilə bağlı qərarda dəyişiklik edib.
daylinews-az.com-nun məlumatına görə, bu qərara əsasən, "Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" və "Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq olunub.
Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi üçün müvafiq tədbirlər həyata keçirilsin.
Qeyd edək ki, bu qərar 2025-ci il yanvarın 1-dən etibarən qüvvəyə minib. https://daylinews-az.com/bas-nazir-xususi-rabite-ve-informasiya-tehlukesizliyi-dovlet-xidmetinin-iscilerinin-maaslari-ile-bagli-qerar-verdi/
Comments
Post a Comment